Modern.az

Hikmət Hacıyev Mirzoyanın yalanını İFŞA ETDİ

Hikmət Hacıyev Mirzoyanın yalanını İFŞA ETDİ

Ölkə

13 İyul 2023, 20:59

Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın yalan paylaşımını ifşa edib.

 

Modern.az xəbər verir ki, Ararat Mirzoyan Tvitter hesabında "Qarabağdakı humanitar vəziyyət" səbəbilə öldüyünü iddia etdiyi azyaşlıların fotosunu paylaşıb.

 

Hikmət Hacıyev cavabında Ermənistanın faktları yoxlamadan rəsmi səviyyədə yalan və dezinformasiya yaydığını bildirib:

 

"Ermənistanın xarici işlər naziri rəsmi səviyyədə yalan və dezinformasiya yayanda faktların yoxlanılmasına və miflərin ifşasına ehtiyac var. Yerli polis valideynlərinin nəzarətsizliyi səbəbilə iki azyaşlının səhlənkarlıq və avtomobildəki yüksək temperatur nəticəsində yuxudaykən vəfat etdiyini təsdiqləyib. Bu, riyakarlıqdan başqa birşey deyil", - Hikmət Hacıyev qeyd edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə