Modern.az

Bazar günü 40 dərəcə isti olacaq - PROQNOZ

Bazar günü 40 dərəcə isti olacaq - PROQNOZ

Aktual

22 İyul 2023, 12:32

Azərbaycanda bu günə gözlənilən hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 20-25°, gündüz 32-37° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı, 759 millimetr civə sütunundan 756 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 faiz, gündüz 35-45 faiz olacaq.

 

Azərbaycanın əksər rayonlarında hava əsasən yağmursuz. Lakin gündüz bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 21-26°, gündüz 35-40° isti, dağlarda gecə 11-16°, gündüz 19-24° isti olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyənin daha bir tayyarəsi qəzaya düşdü - ŞƏHİD VAR!