Modern.az

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk Məzun Günü keçirilib - FOTO

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk Məzun Günü keçirilib - FOTO

Aktual

24 İyul 2023, 13:22

Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin ilk Məzun Günü baş tutub.

 

Modern.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İsrailin “Technion” İnstitutu ilə əməkdaşlığı çərçivəsində 2022-ci ildə təsis edilmiş Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində (AKM) ilk "Məzun Günü" mərasimi baş tutub.

 

Əlamətdar tədbirdə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov, İRİA-nın sədr əvəzi İnarə Vəliyeva, İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Corc Diklə yanaşı, digər qurum və şirkət rəhbərləri də iştirak ediblər.


Tədbiri giriş sözü ilə açan nazir müavini Samir Məmmədov öncə müasir dövrdə kibertəhlükəsizliyin əhəmiyyətini vurğulayaraq AKM-nin birinci ili ərzində həyata keçirdiyi fəaliyyət haqqında ətraflı məlumat verib. Belə ki, ötən il Mərkəzə müraciət etmiş 2300 şəxsdən 60 nəfər bütün seçim mərhələlərini uğurla tamamlayaraq kibertəhlükəsizlik sahəsində təlim hüququ əldə etmişdir.


Tələbələr müdafiə (Blue Team) və hücum (Red Team) qruplarında müvafiq istiqamətlər üzrə təlim keçərək kibertəhlükəsizlik sahəsində ən qabaqcıl strategiyalar, texnologiyalar və yeniliklər barəsində praktiki biliklərə yiyələniblər. İngilis dilində tədris edilən dərslər İsrailin aparıcı elmi mərkəzi olan “Technion” İnstitutunun professor heyəti tərəfindən keçirilir. 6 ay davam edən təlim müddəti ərzində tələbələr səhər 9-dan axşam 6-ya qədər AKM-də keçirilən əyani dərslərə cəlb olunublar.

 

“Məzun Günü”ndə, həmçinin təlim ərzində yüksək nəticə əldə etmiş məzunların və “Hackaton” qaliblərinin də mükafatlandırılması baş tutub. Daha sonra məzun olan 60 tələbəyə tədbirə dəvət edilmiş rəsmi qonaqlar tərəfindən məzun sertifikatları təqdim edilib. Onu da qeyd edək ki, növbəti 3 il ərzində Mərkəzdə 1000-ə yaxın kibertəhlükəsizlik mütəxəssisinin hazırlanması gözlənilir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?