Modern.az

Yevlaxda ermənilərlə görüşə hazırlıq gedir

Yevlaxda ermənilərlə görüşə hazırlıq gedir

Ölkə

1 Avqust 2023, 15:16

Yevlax şəhərində Azərbaycan nümayəndələri ilə Qarabağ bölgəsindəki ermənilərin nümayəndələri arasında görüşün təşkili üzərində iş aparılır. 

 

Modern.az xəbər verir ki, bu barədə "Caliber" nəşri məlumat yayıb.

 

Bildirilib ki, görüş təklifi üçüncü ölkədən gəlməyib, xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan keçiriləcək. 

 

"Qarabağ ermənilərinin bəzi nümayəndələri bu görüşü sabotaj etməyə çalışırlar. Bu, son dərəcə dağıdıcı mövqedir, çünki regiondakı problemlər yalnız Qarabağ erməniləri ilə onların Bakıdakı mərkəzi hökuməti arasında birbaşa dialoq çərçivəsində həll edilə bilər", - "Caliber" qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat