Modern.az

XİN-dən Dağıstandakı partlayışla bağlı BAŞSAĞLIĞI

XİN-dən Dağıstandakı partlayışla bağlı BAŞSAĞLIĞI

Ölkə

15 Avqust 2023, 10:47

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Rusiyanın Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərindəki yanacaqdoldurma məntəqəsində insan itkisi ilə nəticələnən partlayışla əlaqədar başsağlığı verib.

 

Modern.az xəbər verir ki, bu barədə nazirliyin X platformasındakı səhifəsində paylaşım edilib.

 

"Rusiya Federasiyasının Dağıstan Respublikasının paytaxtı Mahaçqala şəhərində yanacaqdoldurma məntəqəsində baş vermiş partlayış nəticəsində insan tələfatı və çoxsaylı xəsarətlərin olması bizi dərindən kədərləndirir. Bu dağıdıcı faciədə həyatını itirənlərin ailələri və dostlarına dərin hüznlə başsağlığı veririk”, - paylaşımda qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat