Modern.az

Əlaqələrimiz ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır - Nazir

Əlaqələrimiz ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır - Nazir

Qarabağ

6 Sentyabr 2023, 14:50

Xarici işlər naziri Ceyhun Bayramovun Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

 

XİN-dən Modern.az-a verilən xəbərə görə, görüşdə regionda post-münaqişə reallıqları, Azərbaycan-Ermənistan sülh prosesi barədə müqabil tərəfə məlumat verilib. Bu xüsusda, Azərbaycan tərəfinin irəli sürdüyü sülh gündəliyinə və sərgilədiyi müvafiq konstruktiv təkliflərə rəğmən, Ermənistanın nümayiş etdirdiyi ziddiyyətli və təxribatçı mövqe və fəaliyyətlərdən bəhs olunub.



Azərbaycan-Ermənistan əlaqələrinin normallaşmasının birmənalı olaraq, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanmalı olduğu diqqətə çatdırılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin Azərbaycanın düşmənlərinə orden verdi