Modern.az

Şahramanyan separatçıların yeni başçısı seçildi

Şahramanyan separatçıların yeni başçısı seçildi

Qarabağ

9 Sentyabr 2023, 13:24

Azərbaycanın Qarabağ iqtisadi rayonunda məskunlaşmış erməni separatçıları bu gün Xankəndidəki qondarma “parlament”də “prezident seçkiləri” keçiriblər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, “növbədənkənar iclasda” gizli səsvermə yolu ilə Samvel Şahramanyan qondarma rejimin yeni başçısı seçilib.
 

Verilən məlumata görə, səsvermədə 23 nəfər iştirak edib. Onlardan 22-si Şahramanyanın xeyrinə səs verib.

Qondarma “parlament”in 33 “deputatdan” ibarət olduğu bildirilir.
 

Xatırladaq ki, separatçıların keçmiş başçısı Arayik Arutyunyan sentyabrın 1-də “istefa verib”.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi hələ dünən diplomatlarla birifinqdə bəyan edib ki, qeyri-qanuni qurumun "prezidentinin" qondarma "seçkiləri" son dərəcə təxribatçı addımdır. Bu, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün açıq şəkildə pozulmasına yönəlmiş addımdır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail və ABŞ hərbçiləri belə əsir götürüldü - ŞOK İDDİA