Modern.az

Azərbaycan daha üç il Qoşulmama Hərəkatına sədrlik edə bilər

Azərbaycan daha üç il Qoşulmama Hərəkatına sədrlik edə bilər

Ölkə

25 Oktyabr 2023, 12:16

Azərbaycan növbəti üç il ərzində Qoşulmama Hərəkatının “sədrlik troykası”nda yer alacaq.

 

Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, gələn il yanvarın 15-20-də Uqandanın Kampala şəhərində keçiriləcək Qoşulmama Hərəkatının 19-cu Zirvə Görüşü ilə Hərəkata sədrlik Azərbaycandan Uqandaya keçəcək:

 

"Ölkəmiz növbəti üç il müddətində Hərəkatın “sədrlik troykası”nda yer alacaq. Troyka üzvü qismində də Azərbaycan Hərəkatın beynəlxalq nüfuz və mövqelərinin gücləndirilməsi istiqamətində öz səylərini əsirgəməyəcək".

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?