Modern.az

Arzu edirik ərzaq inflyasiyası da birrəqəmli həddə düşsün - Komitə sədri

Arzu edirik ərzaq inflyasiyası da birrəqəmli həddə düşsün - Komitə sədri

Ölkə

13 Noyabr 2023, 15:06

"Büdcədə sosisal xərclərin artırılmasını qeyd etməliyik. Büdcə xərclərinin 43 faizinin bu istiqamətə yönəlməsi təqdirəlayiqdir".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

 

"Yəqin ki, ilin sonuna birrəqəmli inflyasiyanın şahidi olacayıq. Arzu edərdik ki, ərzaq inflyasiyası da birrəqəmli həddə düşsün", - deyə komitə sədri bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?