Arxiv
24 Sentyabr 2009, 11:25 | ÖLKƏ
Azərbaycanın ən hündür nöqtəsində Elm Mərkəzi tikilir

Prezident İlham Əliyevin “Böyük Qafqazın Bazardüzü-Şahdağ-Tufandağ ekosisteminin Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqatı ilə bağlı Tədbirlər haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası ərazisində Böyük Qafqaz dağlarının şimal-şərq yamacında Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi yaradılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, mərkəzin yaradılmasında məqsəd yüksək dağlıq ərazilərin (YDƏ) bir ekosistem kimi kompleks öyrənilməsi, xüsusən həmin ərazinin mikroiqliminin, hidroloji proseslərin, dağ buzlaqlarının tədqiqi, iqlim dəyişmələri və onun ətraf mühitə, biomüxtəlifliyə təsirinin qiymətləndirilməsidir.
Elm Mərkəzinin fəaliyyətə başlaması üçün 3000 metrə yaxın hündürlükdə müvafiq inzibati bina tikilib və meteoroloji müşahidə meydançası yaradılıb. Həm Elm Mərkəzində, həm də Mərkəzdən aralı Şahdağın 3500 metr hündürlüyündə Finlandiyanın məşhur Vaysala firmasının istehsalı olan Avtomat Meteoroloji Stansiyalar (AMS) quraşdırılıb. Artıq meteoroloji stansiyalardan ilkin meteoroloji müşahidə məlumatlarının alınmasına başlanılıb. Hazırda belə AMS-dən biri də 4200 metr hündürlükdə yerləşən Tufandağda da quraşdırılır. Bütün ləvazimat artıq Tufandağın zirvəsinə qaldırılıb.
Nazirlikdən deyiblər ki, son günlər ölkə ərazisində hökm sürən qeyri-sabit hava şəraiti ilə əlaqədar dağçılar və mütəxəssislər Tufandağın zirvəsindən enməyə məcbur olublar. Bununla belə, Cənubi Qafqazın ən hündür nöqtəsində yerləşən (4200 metr) stansiyanın yaxın vaxtlarda quraşdırılması işinin başa çatdırılacağı bildirilib.
Çətin, həmçinin mürəkkəb şəraitdə fəaliyyət göstərəcək Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzinin yaxın vaxtlarda mütəxəssis heyəti ilə komplektləşdiriləcəyi və tam gücü ilə işə başlayacağı planlaşdırılır.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rauf Arifoğlu xəstəxanaya yerləşdirildi - Baş redaktor səhiyyəni TƏRİFLƏDİ 19 İyun 2019, 11:38 “Buta Airways”in Kiyev reysləri müvəqqəti olaraq “Borispol” hava limanına həyata keçiriləcək 19 İyun 2019, 11:34 II Avropa Oyunlarının açılışına qatılacaq dövlət başçıları - SİYAHI 19 İyun 2019, 11:33 Sənaye ixracında 11 milyon dollarlıq ARTIM 19 İyun 2019, 11:32 Türkiyədə “B.R.T Azərbaycan” futbol klubuyla təsadüfi görüş - REPORTAJ 19 İyun 2019, 11:28 Müəllimlərin maaşının artması valideynləri də seçimə vadar edəcək - Deputat 19 İyun 2019, 11:08 Azərbaycanın qeyri-neft məhsullarının xaricə satışı ARTIB 19 İyun 2019, 11:04 160 min müəllimin maaşı artırılıb 19 İyun 2019, 11:00 Maaş artımı pensiyalara da təsir edəcək 19 İyun 2019, 10:57 ABŞ səfirliyi amerikalı idman elçilərinin Azərbaycan səfərini maliyyələşdirir 19 İyun 2019, 10:45 Prezidentin maaşlarla bağlı sərəncamları – 2 milyon insanı əhatə edir 19 İyun 2019, 10:31 Sosial dəyərlərə çevrilən iqtisadi dəyərlər... 19 İyun 2019, 10:28 Badamlı yeni istehsal sahəsi açır - FOTOLAR 19 İyun 2019, 10:11 “Ərəb baharı” nəyə görə demokratik dəyişikliklərə yol aça bilmədi? - TƏHLİL 19 İyun 2019, 10:07 Çingiz Qənizadə seçicilərin problemlərini dinləyib 19 İyun 2019, 10:01 Minimum əməkhaqqı artımı 950 min insanı əhatə edəcək 19 İyun 2019, 10:01 Azərbaycanla BƏT arasında əməkdaşlıq müzakirə olunub 19 İyun 2019, 09:52 Deputat Sədaqət Vəliyeva Prezidentin maaşlarla bağlı sərəncamı HAQDA... 19 İyun 2019, 09:47 Başına 4  milyon qoyulan PKK terrorçusu məhv edildi 19 İyun 2019, 09:38 Azərbaycanda 21 yaşlı qız itkin düşdü – FOTO 19 İyun 2019, 09:34 Hicablı xanımlar kişilərlə əl-ələ görüşə bilər 19 İyun 2019, 09:29 Mübariz İbrahimovun anım günüdür 19 İyun 2019, 09:17 “University Foundation Center”də beşinci buraxılış gecəsi keçirildi 19 İyun 2019, 09:11 Babək prospektində qəza oldu - tıxac yarandı 19 İyun 2019, 09:05 Con Bolton Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasındakı görüşdən YAZDI 19 İyun 2019, 09:00 Şəhid Rəşad Niftalıyevin “Sonuncu zəng”i: “Bizə dedi ki, yanıma gəlməyin!” 19 İyun 2019, 08:52 Azay Quliyev Prezidentə təşəkkür etdi 19 İyun 2019, 08:43 Manat və dolların məzənnəsi   19 İyun 2019, 08:27 Amerikanın azərbaycanlı dirijoru 19 İyun 2019, 08:24 Ağstafadakı dəhşətli cinayətin daha bir görüntüsü yayıldı - VİDEO 19 İyun 2019, 00:46 Masallıda avtobusdan düşən sərnişini maşın vurdu 19 İyun 2019, 00:24 Fatmayı kəndində toyda kütləvi dava 19 İyun 2019, 00:11 Azərbaycan nefti ucuzlaşdı 18 İyun 2019, 23:57 Türkiyədə 10 nəfəri sel apardı 18 İyun 2019, 23:38 Sumqayıtda yanğı: 10 nəfər təxliyə edildi 18 İyun 2019, 23:19