Modern.az

Ermənistanın basdırdığı minalar insanlar üçün təhlükə yaratmağa davam edir

Ermənistanın basdırdığı minalar insanlar üçün təhlükə yaratmağa davam edir

Ölkə

7 Dekabr 2023, 16:52

"Ermənistanın yerləşdirdiyi minalar Azərbaycanda insan həyatı üçün təhlükə yaratmağa davam edir".

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi "X" hesabında paylaşımında bildirib.

 

"Bu gün Şuşa və Füzuli rayonlarında mina partlaması nəticəsində daha iki azərbaycanlı mülki şəxs ağır yaralanıb. 44 günlük müharibənin bitməsindən bəri (mina partlayışı - red.) qurbanların sayı 340 nəfərə çatıb", XİN paylaşımda qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?