Modern.az

Güclü zəlzələ ehtimalı yoxdur - Qurban Yetirmişli

Güclü zəlzələ ehtimalı yoxdur - Qurban Yetirmişli

12 Dekabr 2023, 11:16

Ötən gün Azərbaycanda 47 yeraltı təkan qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli jurnalistlərə açıqlamasında deyib.

 

O, hansısa bir zonada güclü zəlzələnin baş verməsi ehtimalının olmadığını vurğulayıb.

 

"Narahatlığa heç bir əsas yoxdur", - Qurban Yetirmişli qeyd edib.

 

Baş direktor bildirib ki, bu cür yeraltı təkanların olması enerji boşalması üçün əhəmiyyətlidir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?