Modern.az

Azərbaycanın qida sənayesində Avro standartları tətbiq olunacaq

Azərbaycanın qida sənayesində Avro standartları tətbiq olunacaq

23 Aprel 2010, 18:36

Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində struktur bölmə rəhbərləri, ərazi idarə rəislərinin iştirakı ilə geniş tərkibli 2010-cu ilin birinci rübünün yekunlarına həsr olunmuş iclas keçirilib. Modern.az-ın məlumatına görə, bu barədə Dövlət Komitəsindən məlumat verilib. Komitənin sədri Ramiz Həsənov Azərbaycan əhalisinin keyfiyyətli ərzaq məhsulları ilə təminatı ilə bağlı Prezident İlham Əliyevin göstərişlərini xatırladaraq qarşıya qoyulmuş vəzifələrdən söz açıb.

O, aprelin 14-də keçirilmiş iclasda Prezident İlham Əliyevin verdiyi göstərişlərin təcili həlli üçün struktur bölmə rəhbərlərinə, ərazi idarələrinin rəislərinə tapşırıqlarını verib.    Komitə sədri Ərazi Dövlət Nəzarəti idarələrinin daha çevik fəaliyyət qurmalarını, işlərinin təkmilləşdirilməsini, kadr hazırlığına diqqət yetirilməsini tapşırıb. Bundan başqa, ərazi orqanlarının Bakıda yaradılmış Standart Fondunun bazasından daha rahat istifadə etmək, məlumatların, normativ aktların, standartların operativ əldə edilməsi məqsədilə tez bir zamanda on-line şəbəkənin qurulmasının vacibliyi vurğulanıb, qısa müddət ərzində qida sahəsində tətbiq olunan standartların, texniki şərtlərin Avropa standartlarına uyğunlaşdırılmasının zəruriliyi qeyd edilib. “Yerli istehsalçıların xarici bazarlara daha geniş çıxmalarını təmin etmək, ölkəmizin ixrac potensialının genişləndirilməsi məqsədilə qida sənayesində Avro standartların tətbiqi vacib amildir. Biz hazırda ərzaq məhsullarının mikrobioloji normalarını İSO standartları əsasında laborator müayinəsini aparırıq. Ancaq bu, məhsulun tərkibinin digər parametrlərini də əhatə etməlidir. Ona görə də Azərbaycan Standartlar İnstitutu Avropa standartlarının tətbiqi məsələlərini müzakirə etməlidir”.

Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir