Modern.az

Metyu Brayza ABŞ-ın Azərbaycandakı yeni səfiri olacaq

Metyu Brayza ABŞ-ın Azərbaycandakı yeni səfiri olacaq

Ölkə

24 Aprel 2010, 16:31

st1:*{behavior:url(#ieooui) }

Amerikanın ATƏT-in Minsk qrüpundakı keçmiş həmsədri Metyu  Brayza deyəsən Birləşmiş Ştatların Azərbaycandakı yeni səfiri təyin olunacaq. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə  Wall Street Journal и New York Times-in keçmiş müxbiri Stiv Livayn bildirib. Livayn iddia edir ki, Bryazanın səfir vəzifəsinə təyin olunması barədə qərar  yaxın vaxtlarda elan olunacaq: “Məndə olan məlumatlara görə, bir sıra mövcud manəelər aradan qaldırıldıqdan sonra Ağ ev tezliklə rəsmi qaydada Brayzanın səfir postuna namizədliyini Senata təqdim edəcək”,-deyə Livayn bildirib. Xatırladaq ki, ABŞ-ın Azərbaycandakı sonuncu səfiri Enn Dersinin Azərbaycanda diplomatik fəaliyyəti 2009-cu ilin iyulunda başa çatdığından o, geri çağırılıb. Bəzi ekspertlər rəsmi Vaşinqtonun uzun müddətdir Azərbaycana səfir göndərməməsini Azərbaycan hakimiyyətindən narazılığın nümunəsi kimi izah edirlər.

ABŞ-ın Azərbaycandakı səfirliyi isə dəfələrlə bəyan edib ki, Vaşinqtonun 40-dək ölkədə səfiri yoxdur və bunların sırasında Azərbaycan da var.  

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı