Rusiya Prezidenti Vladimir Putin Türkiyəyə fevralın 12-də səfər edə bilər.
Modern.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Qəzet səfərin digər detallarını açıqlamayıb.
Bundan əvvəl Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Putinin Türkiyəyə səfərinin tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılır.