Batumi-İstanbul reysi ilə uçan Türk Hava Yollarına məxsus təyyarə bomba xəbərinə görə gecikib.
Modern.az xəbər verir ki, bu barədə "Batumelebi" nəşri yazıb.
Bildirilir ki, bomba xəbəri Batumi Beynəlxalq Hava Limanında verilib.
Yerli vaxtla saat 17:00 radələrində xəbər alındıqdan dərhal sonra həyəcan siqnalı verilib, sərnişinlər və işçilər hava limanını tərk ediblər.
Əraziyə istehkamçılar və itlər cəlb edilib, heç bir partlayıcı qurğu tapılmayıb.