Modern.az

Rusiya ordusu Xarkovda kəndi ələ keçirdi

Rusiya ordusu Xarkovda kəndi ələ keçirdi

Dünya

21 Yanvar 2024, 10:25

Rus ordusu Kupyansk-Svatovo-Kremennaya xətti ilə irəliləyərək Svatovodan 20 km şimal-qərbdə yerləşən Kroxmalnoye kəndini tutublar.

 

Modern.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir. Geolokasiya görüntüləri rus əsgərlərinin Kupyansk və Kremennaya bölgələrində irəlilədiyini göstərdi. Bundan əlavə, Kupyanskın şimal-şərqində Sinkovka və Petropavlovka bölgələrində mövqe döyüşləri davam edir.

 

Analitiklərin fikrincə, Rusiyanın 1-ci Qvardiya Tank Ordusunun (Qərbi Hərbi Dairə (ZVO)) bölmələri Kupyansk istiqamətində, 20-ci Əlahiddə Ordusunun (ZVO) bölmələri isə Liman istiqamətində irəliləyir.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə