Ukraynanın Dnepropetrovsk, Poltava və Xarkov vilayətlərində hava hücumu xəbərdarlığı elan edilib.
Modern.az xəbər verir ki, həyəcan xəbərdarlığı yerli vaxtla saat 11:03-də edilib və yarım saat davam edib. Bu müddət ərzində heç bir insident qeydə alınmayıb.
Donetskinin Kiyevin nəzarətində olan ərazilərində də sirenlər işə düşüb.