Modern.az

Keçmiş deputat Paşinyana qarşı partiya yaradır

Keçmiş deputat Paşinyana qarşı partiya yaradır

Dünya

22 Yanvar 2024, 09:48

Ermənistan parlamentinin keçmiş deputatı Naira Zohrabyan yaxın vaxtlarda bitərəf insanlardan ibarət yeni partiya yaratmaq planlarını açıqlayıb.

Modern.az xəbər verir ki, N.Zohrabyan bu barədə "Hraparak"a deyib:

“Bəli, istisna etmirəm ki, bir neçə həmkarımla bir partiyada birləşməyə çalışacağam, amma bir şey göz qabağındadır: heç bir müxalifət qüvvəsi bu iqtidara qarşı təkbaşına mübarizə apara bilməz və biz vahid blok kimi çıxış etməliyik”.


Qəzetin yazdığına görə, Zohrabyan “Çiçəklənən Ermənistan” partiyasının keçmiş deputatı Gevorq Petrosyan, Xaçik Manukyan, Ovannes Qalstyan və başqaları ilə danışıqlar aparır.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə