Modern.az

Daha bir namizəd Trampın xeyrinə geri çəkildi

Daha bir namizəd Trampın xeyrinə geri çəkildi

Dünya

22 Yanvar 2024, 09:52

ABŞ-ın Florida ştatının qubernatoru Ron DeSantis Donald Trampın lehinə ABŞ prezidentliyi yarışından çəkildiyini açıqlayıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bununla daha bir namizəd Trampı dəstəklədiyini bəyan etmiş olub.

 

Belə ki, bir müddət əvvəl Ayova ştatında ilkin zəif nəticələrdən sonra Vivek Ramasvami Trampın xeyrinə seçki yarışından çıxdığını elan etmişdi.

 

Qeyd edək ki, ABŞ-da Prezident seçkiləri noyabrda baş tutacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?