Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Avstriyanın paytaxtı Vyanada Ermənistanın Avropa, ABŞ və Kanadadakı səfirləri, həmçinin beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Cənubi Qafqazdakı mövcud vəziyyəti müzakirə edilib.
Görüş Mirzoyanın Vyanaya səfəri çərçivəsində baş tutub.