Modern.az

İlk türk astronavt Bakının kosmosdan fotolarını ÇƏKƏCƏK

İlk türk astronavt Bakının kosmosdan fotolarını ÇƏKƏCƏK

Dünya

22 Yanvar 2024, 12:12

Kosmosa çıxan ilk türk astronavt Alper Gezeravcı fəzadan Bakının aerofotolarını çəkəcək.

 

Modern.az xəbər verir ki, bu barədə TRT məlumat yayıb.

 

Onun Bakı ilə yanaşı, Konya, Ankara, İstanbul və Çanakkalenin də fotolarını çəkəcəyi qeyd olunub.

 

Gezeravcı həmçinin Mersinin Silifke rayonunu, eləcə də Ağrıdağı fəzadan görüntüləyəcək.

 

Qeyd edək ki, kosmosdan yerlə əlaqəyə keçəcək astronavt Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlantı vasitəsilə görüş keçirəcək.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə