Modern.az

Aİ-yə namizəd ölkənin hakim partiyası Çini nümunə sayır

Aİ-yə namizəd ölkənin hakim partiyası Çini nümunə sayır

Dünya

22 Yanvar 2024, 12:38

Gürcüstanın hakim partiyası olan “Gürcü arzusu”nun lideri İrakli Kobaxidze deyib ki, Çinin iqtisadi uğurları Gürcüstan üçün nümunədir.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

"Son 20 ildə Çin iqtisadi nöqteyi-nəzərdən böyük irəliləyiş əldə edib, ona görə də ölkə bizim üçün nümunəvi ölkədir. Əməkdaşlıq üçün çox konkret perspektivlər var ki, ondan maksimum istifadə etmək lazımdır", - Kobaxidze bildirib.

 

Onun sözlərinə görə, Pekində gürcüstanlı nümayəndə heyəti Çin hakimiyyəti ilə konkret infrastruktur layihələrinin həyata keçirilməsini, eləcə də Çinin Gürcüstanın tranzit funksiyasının inkişafında bilavasitə maraqlı olmasını müzakirə edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə