Modern.az

İranın xarici işlər naziri Pakistana gedir

İranın xarici işlər naziri Pakistana gedir

Dünya

22 Yanvar 2024, 14:14

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistana səfər edəcək.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abdullahian yanvarın 29-da Pakistanda olacaq.

Səfər Pakistan xarici işlər naziri Cəlil Abbas Cilaninin dəvəti ilə gerçəkləşəcək.

Nazirlərin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə