Modern.az

Pakistanda seçkilər: 18 minə yaxın namizəd var...

Pakistanda seçkilər: 18 minə yaxın namizəd var...

Dünya

23 Yanvar 2024, 10:22

Pakistanda fevralın 8-də keçiriləcək ümumi və əyalət seçkilərində 17 min 816 deputat namizədi yarışacaq.

 

Modern.az TRT-yə istinadən xəbər verir ki, milli mətbuatda yer alan xəbərlərə görə, Pakistan Seçki Komissiyası Milli Assambleya və əyalət məclislərində yerlər uğrunda mübarizə aparacaq deputatlığa namizədlərin yekun siyahısını açıqlayıb.

 

17 min 816 deputatlığa namizəddən 11 min 785-i müstəqil, 6 min 31-i isə siyasi partiya damı altında yarışacaq.

 

Seçkilərdə 150 ​​siyasi partiya iştirak edəcək.

 

Qeydə alınmış 128 milyon 585 min 760 seçicinin 69,2 milyonu kişi, 59,3 milyonu isə qadındır.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə