Modern.az

Almaniyanın müdafiə naziri Rusiya ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Almaniyanın müdafiə naziri Rusiya ilə müharibəyə hazırlaşmağa ÇAĞIRDI

Dünya

23 Yanvar 2024, 12:04

“Berlin Rusiya ilə hərbi münaqişənin təhlükəsini başa düşməlidir, ona görə də Almaniya silahlanmalıdır”.

Modern.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius ZDF telekanalının efirində bildirib.

Pistorius əlavə edib ki, bu məqsədlə Baltikyanı ölkələrdə alman briqadası olmalıdır.

Onun sözlərinə görə, həmin briqada 2027-ci ilə qədər “tam döyüşə hazır” vəziyyətinə gətirilməlidir.

"Hərbi ekspertlər deyirlər ki, Rusiyanın döyüş əməliyyatlarına başlaması bir neçə il vaxt aparacaq. Heç kim dəqiq heç nə bilmir. Biz vaxtdan fəal şəkildə özümüzü silahlandırmaq üçün istifadə etməliyik”, - nazir bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə