Rusiya BMT platformasında MDB ölkələrinin anti-Rusiya qətnamələrini rədd etməsinin daha aydın ifadəsini görmək istərdi.
Modern.az xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Aleksandr Pankin MDB üzvü olan ölkələrin Daimi Səlahiyyətli Nümayəndələri Şurasında bildirib.
“Əlbəttə, istərdik ki, həmkarlarımız BMT Baş Assambleyasının anti-Rusiya qətnamə layihələrini nəzərdən keçirərkən bu cür təşəbbüsləri bəyənmədiklərini açıq şəkildə ifadə etsinlər”.
Pankin qeyd edib ki, Rusiya öz tərəfindən digər MDB ölkələri ilə bağlı siyasi motivli sənədlərə qarşı BMT-də çıxış etməyə hazırdır.