Modern.az

Budapeşt bu dəfə də Ukraynaya yardıma mane olsa, cəzalandırılacaq

Budapeşt bu dəfə də Ukraynaya yardıma mane olsa, cəzalandırılacaq

Dünya

23 Yanvar 2024, 16:18

Budapeşt Ukraynaya yardımın göstərilməsinə mane olmağa davam edərsə, Avropa İttifaqı Macarıstana qarşı sərt tədbirlər tətbiq etmək imkanını nəzərdən keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə “Bloomberg” anonim mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Avropa İttifaqı liderləri Macarıstanın mövqeyindən asılı olmayaraq, fevralın 1-də keçiriləcək sammitdə Ukraynaya 50 milyard avro yardımı təsdiqləməyə hazırlaşır.

Bu versiya ilə Ukraynanın maliyyələşdirilməsi Avropa İttifaqının büdcəsindən kənarda, üzv dövlətlər tərəfindən həyata keçirilə bilər. Amma bu halda Avropa İttifaqı Macarıstana qarşı sərt cərimə tədbirləri görəcək və hətta Macarıstan Avropa Şurasında səsvermə hüququndan məhrum edilə bilər.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə