Modern.az

Paşinyan Putin və Blinkenlə neçə dəfə görüşüb...

Paşinyan Putin və Blinkenlə neçə dəfə görüşüb...

Dünya

23 Yanvar 2024, 19:30

Ermənistan Rusiya ilə dialoqu ən yüksək səviyyədə davam etdirir.

 

Modern.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ötən ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

 

Onun sözlərinə görə, Paşinyan-Putin arasında iki görüş və 9 telefon danışığı olub. Xarici işlər nazirləri səviyyəsində 6 görüş keçirilib, Ermənistan prezidenti forumda iştirak etmək üçün Sankt-Peterburqa səfər edib.

 

Nazir ABŞ-la dialoqu strateji adlandırıb və əlavə edib ki, bir sıra sahələrdə, o cümlədən demokratiya, korrupsiya ilə mübarizə, məhkəmə-hüquq sistemində əlaqələrin möhkəmlənməsi və genişlənməsi davam edir.

 

Son bir il ərzində Paşinyan və Blinken arasında 8 telefon danışığı olub. Bu müddət ərzində Mirzoyan və Blinkenin 3 görüşü olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə