Modern.az

Tramp praymeriz seçkilərində qalib gəldi

Tramp praymeriz seçkilərində qalib gəldi

Dünya

24 Yanvar 2024, 09:08

ABŞ-ın eks-prezidenti Donald Tramp dünən ABŞ-ın Nyu-Hempşir ştatında keçirilən praymeriz seçkilərində qalib gəlib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ prezidentliyinə respublikaçılardan olan namizədlər (praymerizlər) üçün ilkin səsvermə zamanı seçicilərin 53,8%-i Trampa səs verib. İkinci yerdə onun əsas rəqibi, ölkənin BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli qərarlaşıb. Səslərin 44,8 faizi onun lehinə hesablanıb.

Nəticədə Heyli məğlubiyyətini etiraf edib və hətta səslərin hesablanması mərhələsində də Trampı qələbəsi münasibətilə təbrik edib.

ABŞ-da növbəti prezident seçkiləri 2024-cü ilin noyabrında keçiriləcək. Donald Tramp və Nikki Heyli Respublikaçılar Partiyasından namizəd olmaq üçün mübarizə aparır.

Hazırkı Amerika lideri Co Bayden də Demokratlar Partiyasından yenidən seçilmək niyyətində olduğunu bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?