Modern.az

Müharibə əleyhdarı olan namizəd Ukrayna ərazilərindən imza yığmayacaq

Müharibə əleyhdarı olan namizəd Ukrayna ərazilərindən imza yığmayacaq

Dünya

24 Yanvar 2024, 09:52

Rusiyada prezidentliyə namizəd Boris Nadejdinin seçki qərargahı Ukraynanın ilhaq edilmiş ərazilərindən imza toplamayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Boris Nadejdin "DW News Show" proqramına müsahibəsində danışıb.

 

"Əslində, Moskvada demək olar ki, bütün regionların sakinləri var. Bu mənada, yumşaq desək, bu yaxınlarda Rusiyanın tərkibinə daxil olanlar istisna olmaqla, biz Rusiya Federasiyasının bütün regionları üçün imza təqdim edəcəyik", - deyə siyasətçi bildirib.

 

Siyasətçi Şimali Qafqazın milli respublikalarında imza toplamanın çətinliklərindən də danışıb: "Birbaşa Şimali Qafqazda biz yalnız İnquşetiyada imza toplayırıq. Nə Dağıstanda, nə də Çeçenistanda sistemli bir toplanma təşkil edə bilmədik".

 

O əlavə edib ki, bu regionların sakinlərinin "kifayət qədər çoxu" Moskvada dəstək üçün imza atıb.

 

Yanvarın 24-nə kimi Boris Nadejdinin qərargahı seçkilərdə qeydiyyatdan keçmək üçün 120 min imza toplaya bilib. Son günlər Rusiya Federasiyasının şəhərlərində siyasətçinin namizədliyini dəstəkləmək üçün imza atmaq istəyənlərin növbələri yaranıb.

 

Buna səbəb onun müharibə əleyhinə fikirləridir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə