Slovakiyanın baş naziri Robert Fiko iddia edir ki, Kiyev normal həyat sürür və orada heç bir müharibə hiss olunmur.
Modern.az xəbər verir ki, Fiko Ukraynanın paytaxtına deyil, Ujqoroda səfər edəcək.
Bu gün o, Ukraynanın baş naziri Denis Şmıqalla görüşəcək.
Jurnalist Fikodan “raketlərin partladığı və insanların bomba sığınacağına qaçdığı” Kiyevə niyə getmədiyini soruşub. Slovakiyanın baş naziri cavab verib ki, Ukraynada “bir növ lokallaşdırılmış münaqişə baş verir”.
"Mənə deyin, Ujqorodda Ukrayna hökumətinin sədri ilə görüşə bildiyim halda mən niyə Kiyevə gedim? Mən fərq görmürəm. Sizcə Kiyevdə müharibə gedir? Ümid edirəm ki, həqiqətən belə düşünmürsən. Oraya gedin və görəcəksiniz ki, bu şəhərdə həyat normaldır”, - o deyib.
Fiko və Macarıstanın baş naziri Viktor Orban Ukraynaya Avropa İttifaqı fondundan ayrılan 50 milyard avroluq yeni yardım paketini dəstəkləməyiblər. Noyabrda Slovakiya hökuməti əvvəlki kabinet tərəfindən təsdiqlənmiş 40,3 milyon avroluq hərbi yardımın Kiyevə köçürülməsinə də mane olub. Robert Fiko əmindir ki, Ukrayna döyüşləri dayandırmaq üçün ərazisinin bir hissəsindən imtina etməlidir.