Rusiya Müdafiə Nazirliyi hərbi-nəqliyyat təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb.
Modern.az xəbər verir ki, Nazirlik təyyarənin Belqorod vilayətində qəzaya uğradığını bildirib.
Məlumata görə, təyyarənin göyərtəsinə dəyişdirilmək üçün Belqorod vilayətinə aparılan Ukrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbi qulluqçusu, təyyarənin 6 ekipaj üzvü və onları müşayiət edən 3 şəxs olub.
Əraziyə hərbi-kosmik xidmətin komissiyası cəlb olunub.
***
13:12
Rusiyanın İl-76 hərbi təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.
Modern.az yerli mətbuata istinadən xəbər verir ki, hazırda hadisə yerində xilasedicilər işləyir.
Qəzanın səbəbi və nəticələri araşdırılır.
Rusiya hakimiyyətinə yaxın "112" teleqram kanalının məlumatına görə, təyyarədə 63 nəfər olub. Kanal onların hamısının öldüyünü bildirir.
Rəsmi qurumlar hələlik məlumat açıqlamayıb.