Modern.az

Moldovanın yeni XİN rəhbəri təyin edildi

Moldovanın yeni XİN rəhbəri təyin edildi

Dünya

24 Yanvar 2024, 13:16

Moldovanın yeni xarici işlər naziri vəzifəsinə parlament sədrinin müavini Mixay Popşoy təyin edilib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Moldovanın baş naziri Dorin Reçan bildirib.

 

O, əvvəllər parlamentin Avrointeqrasiya və xarici siyasət Komissiyasının üzvü olub.

 

Xatırladaq ki, xarici işlər və avrointeqrasiya naziri Niku Popesku yanvarın 24-də istefa verib.

 

Məlumata görə, bundan sonra Moldova Xarici İşlər və Avrointeqrasiya Nazirliyi ayrılacaq. Əvvəllər Xarici İşlər və Avrointeqrasiya Nazirliyində dövlət katibi işləmiş Kristina Gerasimova avrointeqrasiya naziri vəzifəsinə təyin olunub.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə