Modern.az

Ukraynalı qaçqınların sayı 10 milyona çatıb

Ukraynalı qaçqınların sayı 10 milyona çatıb

Dünya

26 Yanvar 2024, 13:24

Ukraynadakı müharibə səbəbindən 10 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların əksəriyyəti hələ də evlərinə qayıda bilmir.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK agentliyinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

 

Onun sözlərinə görə, 6,3 milyon insan xaricə gedib, daha 3,7 milyon insan döyüş bölgəsindən ölkənin müxtəlif bölgələrinə təxliyə edilib.

 

Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Agentliyi artıq müharibə nəticəsində dağılmış 27,5 min evin bərpasına yardım edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?