Modern.az

Türkiyədə növbəti SİLKƏLƏNMƏ

Türkiyədə növbəti SİLKƏLƏNMƏ

Dünya

26 Yanvar 2024, 14:44

Türkiyənin Kahramanmaraş vilayətində yenidən zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə AFAD-ın rəsmi X səhifəsində məlumat yayılıb.

 

Bildirilib ki, vilayətin Göksun rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.8 ballıq maqnituda ilə qiymətləndirilib.

 

Ocağı yerin 7.4 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?