Belarus Rusiyadan Avropaya neft tranziti üçün tarifi 10,2% qaldırıb.
Modern.az xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.
Bundan əlavə, Qazaxıstandan Avropa İttifaqına yanacağın tranzit daşınması tarifi 38% indeksləşdirilib.
Dəyişikliklər 2024-cü il fevralın 1-dən qüvvəyə minir.