Biz həmişə regionda uzunmüddətli sülh və sabitliyin tərəfdarı olmuşuq, bu məsələyə öz töhfəsini verməyə hazırıq.
Modern.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili erməni həmkarı Nikol Paşinyanla birgə mətbuat konfransında deyib.
“İrəvanla Bakı arasındakı dialoqu böyük nikbinliklə izləyirik. Ümid edirik ki, tərəflər tezliklə sülh sazişini rəsmiləşdirəcəklər”, - o bildirib.