Modern.az

Rusiya AŞPA-nı seçkiyə dəvət etməyəcək

Rusiya AŞPA-nı seçkiyə dəvət etməyəcək

Dünya

26 Yanvar 2024, 21:26

Rusiya AŞPA nümayəndələrini bu ilin martında keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün dəvət etməyəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bugünkü brifinqdə bildirib. O deyib ki, hazırda Rusiya seçkiləri müşahidə etmək üçün xarici ölkələrin nümayəndələrinə, MDB və ŞƏT kimi təşkilatlara dəvətlər göndərir.

 

M.Zaxarova vurğulayıb ki, Rusiya Avropa Şurasında üzvlükdən imtina edib və bu baxımdan AŞPA nümayəndələrinin müşahidəçi kimi dəvət olunması qəribə görünərdi.

 

Xatırladaq ki, Rusiyada prezident seçkiləri bu ilin martında keçiriləcək.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə