Modern.az

Bank qarət edildi, pulu götürüb qaçdı

Bank qarət edildi, pulu götürüb qaçdı

Dünya

27 Yanvar 2024, 00:50

Yanvarın 26-da axşam saatlarında Gürcüstanın Sameqrelo-Zemo Svaneti bölgəsinin Senaki şəhərində “Gürcüstan Bankı”nın (Bank Qruzii) filialı qarət olunub.

 

Modern az xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilir ki, banka daxil olan silahlı şəxs əməkdaşlara hədə-qorxu gələrək pul tələb edib. İstədiyi məbləği aldıqdan sonra cinayətkar bir nəfəri də girov götürərək qaçmağa nail olub.

 

Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində polis həmin şəxsi saxlayıb, girov azad olunub. Pul və bıçaq da dəlil olaraq götürülüb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə