Modern.az

Blinken bu ölkədən Ukraynaya silah satmasını istəyir

Blinken bu ölkədən Ukraynaya silah satmasını istəyir

Dünya

27 Yanvar 2024, 22:23

ABŞ dövlət katibi Antoni Blinken Yunanıstanın baş naziri Kiriakos Mitsotakisə məktub göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə Yunanıstanın "Kathimerini" nəşri məlumat yayıb.

 

O, baş nazirdən 200 milyon dollar məbləğində yardım müqabilində Ukraynaya silah ötürməyi və ya satmağı xahiş edib.

 

“Biz Yunanıstanın Ukraynaya ötürə və ya sata biləcəyi müdafiə imkanları ilə maraqlanmağa davam edirik. Əgər bu imkanlar Ukraynanı maraqlandırarsa və onların statusu və dəyəri ilə bağlı ABŞ hökuməti tərəfindən qiymətləndirmə aparılarsa, biz Yunanıstana potensial olaraq 200 milyon dollara qədər əlavə xarici hərbi maliyyələşdirmə imkanlarını araşdıra bilərik”, - Blinken məktubda bildirib.

 

Qeyd edək ki, ABŞ Dövlət Departamenti Yunanıstana 8,6 milyard dollar məbləğində F-35 qırıcılarının və onlar üçün avadanlıqların satışını təsdiqləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə