ABŞ Böyük Britaniyada nüvə silahı yerləşdirməyi planlaşdırır.
Modern.az xəbər verir ki, bu barədə "The Telegraph" qəzeti yazıb.
Amerika İngiltərənin Suffolk qraflığındakı hərbi bazada nüvə silahının yerləşdirilməsini nəzərdə tutur.
Qeyd edək ki, ABŞ nüvə raketlərini 2008-ci ildə Britaniya torpaqlarından çıxarılıb.
Bundan əvvəl bildirilib ki, ABŞ bu bazaya F-35A qırıcı-bombardmançılarından ibarət iki eskadrilya köçürəcək. Onlar taktiki nüvə silahı daşıya bilir.