Modern.az

Türkiyədə kilsəyə silahlı hücum - Ölən var

Türkiyədə kilsəyə silahlı hücum - Ölən var

Dünya

28 Yanvar 2024, 14:18

Türkiyənin İstanbul şəhərində italyan kilsəsi “Santa Maria”ya silahlı hücum olub.

 

Modern.az “Haber Global”a istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb.

 

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında məlumatı təsdiqləyib. Nazir bildirib ki, hücum 2 maskalı şəxs tərəfindən həyata keçirilib. O, hadisə ilə bağlı araşdırmanın aparıldığını, cinayətkarların saxlanılması üçün tədbirlərin görüldüyünü qeyd edib. Nazir hücumu kəskin pisləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?