Modern.az

İranmeyilli qüvvələr ABŞ bazasına hücum etdi - 3 hərbçi öldü, çoxlu yaralı var

İranmeyilli qüvvələr ABŞ bazasına hücum etdi - 3 hərbçi öldü, çoxlu yaralı var

Dünya

28 Yanvar 2024, 21:03

İordaniyanın şimal-şərqində Suriya sərhədi yaxınlığında yerləşən ABŞ bazasına hücum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Co Bayden məlumat yayıb.

 

Hücum pilotsuz uçuş aparatları ilə həyata keçirilib. Zərbələr nəticəsində 3 ABŞ hərbçisi həlak olub, onlarla yaralı var.

 

Bayden hücumun İranın dəstəklədiyi qruplar tərəfindən həyata keçirildiyini bildirib.

 

“Hələ bu hücumla bağlı faktları toplasaq da, bunun Suriya və İraqda fəaliyyət göstərən İranın dəstəklədiyi radikal silahlı qruplar tərəfindən həyata keçirildiyini bilirik”, - deyə Bayden qeyd edib.

 

Bayden bildirib ki, hücum şənbə günü gecə baş verib.

 

"Biz terrorizmlə mübarizə öhdəliyini davam etdirəcəyik. Və heç bir şübhəniz olmasın, bütün məsuliyyət daşıyanlar müəyyən etdiyimiz vaxtda və formada cavab verəcəklər", - O deyib.

 

Baydenin açıqlamasında neçə hərbçinin yaralandığı qeyd olunmayıb. CNN hücumda ən azı 20 hərbçinin yaralandığını bildirib.

 

Qeyd edək ki, Qəzzada müharibənin başlamasından sonra Yaxın Şərqdə ilk dəfə ABŞ hərbçiləri ölür.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə