Modern.az

İstanbul kilsəsinə hücum edən şəxslər TUTULDU

İstanbul kilsəsinə hücum edən şəxslər TUTULDU

Dünya

29 Yanvar 2024, 00:40

İstanbulda yerləşən Santa Mariya kilsəsində silahlı insident törədən iki şübhəli saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X” sosial media hesabında bildirib.

 

Nazir şübhəlilərin saxlanılmasında iştirak edən təhlükəsizlik qüvvələrini keçirdikləri uğurlu əməliyyat səbəbilə təbrik edib.

 

Xatırladaq ki, yanvarın 28-də yerli vaxtla saat 11:40 radələrində İstanbulda yerləşən Santa Mariya kilsəsində xristian ənənələrinə məxsus bazar ibadəti zamanı silahlı insident baş verib. Hadisə zamanı bir nəfər ölüb.

 

***

22:22

İstanbul kilsəsinə silahlı hücum edən iki nəfərdən biri saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə yerli telekanallar məlumat yayıb.

 

Məlumata görə, polis hücum edən şəxsi yaxalayıb, digər şəxsin axtarışları davam edir.

 

Qeyd edək ki, yerli vaxtla saat 11:40 radələrində Sarıyer rayonundakı Müqəddəs Məryəm kilsəsinə hücum edilib. İki maskalı şəxs atəş açaraq 1972-ci il təvəllüdlü Türkiyə vətəndaşını öldürüb. 

 

İstanbul prokurorluğu hadisə ilə bağlı araşdırmalara başlayıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hücum edən şəxslərin həbs oluncağını vəd edib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə