Ukrayna prezidenti Volodimir Zelenski 2021 və 2022-ci illər üçün əmlak, gəlir, xərc və maliyyə öhdəlikləri haqqında bəyannamə dərc edib.
Modern.az xəbər verir ki, bu barədə “Ukrayinska Pravda” nəşri yazıb.
Bildirilir ki, 2022-ci ildə Zelenskinin ailəsi 3,7 milyon qrivna (98 min dollar) qazanıb. Bu, 2021-ci illə müqayisədə üç dəfə azdır.
2021-ci ildə Zelenski 10,8 milyon qrivna qazanıb ki, bu da 2020-ci ildəkindən 11,9 milyon azdır. Gəlir əsasən əmək haqqı, bank faizləri və daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlirlərdən ibarət olub.
2022-ci ildə prezident ailəsinin gəlirləri “Ukrayna ərazisində icarə müqavilələrinin müvəqqəti dayandırılması” səbəbindən azalıb.