Modern.az

Braziliyada təyyarə qəzası - Ölənlər var

Braziliyada təyyarə qəzası - Ölənlər var

Dünya

29 Yanvar 2024, 08:37

Braziliyada tək mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, təyyarədə iki kişi, iki qadın, bir uşaq və iki ekipaj üzvünün olduğu bildirilir.

 

Xilasedicilərin sözlərinə görə, təyyarə havada üç yerə bölünüb.

 

Hadisənin hansı şəraitdə baş verdiyi barədə hələlik bilinmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə