Modern.az

Macarıstan Ukraynaya yardımlara imkan verməsə, bədəlini iqtisadiyyatı ilə ödəyəcək?

Macarıstan Ukraynaya yardımlara imkan verməsə, bədəlini iqtisadiyyatı ilə ödəyəcək?

Dünya

29 Yanvar 2024, 11:08

Avropa İttifaqı Budapeşt Ukraynanı dəstəkləməkdən imtina edərsə, Macarıstan iqtisadiyyatını sarsıtmağa hazırdır.

 

Modern.az xəbər verir ki, bu barədə "Financial Times" yazıb.

 

Nəşr Macarıstanın baş naziri Viktor Orbanın Aİ-nin fövqəladə sammitində Ukraynaya yeni yardımın qarşısını alacağı halda Aİ səlahiyyətlilərinin hazırladığı gizli plandan bəhs edir. İclas fevralın 1-nə təyin edilib.

 

Sənəddə Macarıstan iqtisadiyyatındakı zəif tərəflərin hədəflənməsinə, milli valyutanın dəyərdən düşməsinə və “iş yerləri və inkişafa” zərər vurmaq üçün ölkənin investisiya cəlbediciliyinin azaldılmasına yönəlmiş strategiya öz əksini tapıb. Sənəddə deyilir ki, Aİ maliyyəsi olmadan “maliyyə bazarları, Avropa və beynəlxalq şirkətlər Macarıstana sərmayə qoymaqda daha az maraqlı ola bilərlər”.

 

Macarıstan hökumətinin Avropa İttifaqı işləri üzrə naziri Yanos Boka belə təhdidlərdən xəbərsiz olduğunu və Macarıstanın öz ifadəsi ilə “təzyiqlərə boyun əymədiyini” bildirib. O, əlavə edib ki, Budapeşt Brüsselə yeni təklif göndərib və bu təklifdə Macarıstanın gələcəkdə qərarını dəyişməsinə icazə veriləcəyi təqdirdə Aİ-nin büdcə vəsaitlərinin Ukraynaya yardım üçün istifadə olunması ilə bağlı ilkin razılığa gəlib.

 

3 Aİ diplomatı FT-yə anonimlik şərti ilə bildirib ki, bir çox Aİ ölkəsi təklif olunan planı dəstəkləyib: “Əhval-ruhiyyə daha da sərtləşib".

 

Qeyd edək ki, Macarıstan və Slovakiya hökumətləri Aİ ölkələri arasında Rusiyayönümlü olmaları ilə seçilirlər. Budapeşt və Bratislava daim Ukraynaya yardımların əleyhinə çıxış edir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə