Modern.az

NATO Rusiya sərhədi yaxınlığında təlimlərə başlayır

NATO Rusiya sərhədi yaxınlığında təlimlərə başlayır

Dünya

31 Yanvar 2024, 13:00

NATO bu gün Rusiya sərhədləri yaxınlığında genişmiqyaslı təlimlərə başlayır.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, mayın 31-nə qədər keçiriləcək təlimlərə NATO ölkələrindən 90 min hərbçi, təqribən 50 döyüş gəmisi, 80 aviatexnika, 1000-dən çox döyüş maşını cəlb ediləcək.

 

Ümumilikdə təlimlər Finlandiya, Estoniya, Almaniya, Yunanıstan, Macarıstan, Latviya, Litva, Norveç, Polşa, Rumıniya, Slovakiya, İsveç və Böyük Britaniya ərazisində baş tutacaq.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?