Modern.az

İran 28 ölkə ilə viza rejimini ləğv edir

İran 28 ölkə ilə viza rejimini ləğv edir

Dünya

31 Yanvar 2024, 13:04

İran hökuməti fevralın 4-dən etibarən 28 ölkədən gələn turistlər üçün vizaları birtərəfli qaydada ləğv edəcək.

Modern.az xəbər verir ki, bunu ölkənin xarici işlər nazirinin konsulluq məsələləri üzrə müavini Əlireza Beykdeli bildirib.

"Turizm məqsədilə İrana gələcək 28 ölkənin vətəndaşlarından 2024-cü il fevralın 4-dən etibarən viza tələb edilməyəcək. Turistlər İrana viza üçün müraciət etmədən bilet alaraq gələ biləcəklər", - “Tasnim”  agentliyi Beykdelidən sitat gətirib.

O qeyd edib ki, ölkələr siyahısına Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Bəhreyn, Küveyt, Özbəkistan, Qırğızıstan, Tunis, Tanzaniya, Mavritaniya, Zimbabve, Mavrikiy, Seyşel adaları, Yaponiya, İndoneziya, Sinqapur, Vyetnam, Kamboca, Bruney, Braziliya, Meksika, Peru, Xorvatiya, Serbiya, Bosniya və Herseqovina, Belarusiya və Hindistan daxildir.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə